Azərbaycan Xalq Cümhuriyyəti
AZ   |   EN   |   RU

Əhali

Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasınadək olan dövrdə Rusiya imperiyasının Cənubi Qafqazın aborigen türk-müsəlman əhalisinə qarşı yeritdiyi ayrıseçkilik siyasəti, deportasiyalar və soyqırımlar nəticəsində Şimali Azərbaycan əhalisinin etnik tərkibi, sayı və yerləşməsi məqsədyönlü şəkildə dəyişdirilmiş, burada yaşayan azərbaycanlıların sayı xeyli azalmışdır. Rusiya işğalından sonra ermənilərin müxtəlif ölkələrdən kütləvi şəkildə Şimali Azərbaycan torpaqlarına köçürülməsi etnik-siyasi vəziyyətə ciddi təsir göstərmiş, azərbaycanlıların ata-baba torpaqlarından deportasiyası həyata keçirilmişdir. Çar hökumətinin himayəsi və hərtərəfli köməyi ilə ermənilər tərəfindən azərbaycanlılara qarşı dəfələrlə soyqırımlar törədilmişdir. Eyni zamanda, dövrün demoqrafiya-statistika qaynaqlarında da azərbaycanlılara dair məlumatlar qəsdən təhrif edilirdi. Bütün bunlara baxmayaraq, əvvəlki tarixi dövrlərdə olduğu kimi, XIX-XX əsrin əvvəllərində, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti dövründə də azərbaycanlılar Qafqazda yenə əsas etnik amil olaraq qalmışdı. 1918-ci ilin noyabr ayında Əlimərdan bəy Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə təqdim etdiyi xüsusi memorandumda Cənubi Qafqazın 237055 kv. km-lik ərazisində 7667370 nəfərin yaşadığı qeyd olunurdu ki, onların da etnik tərkibi belə idi: 3306000 (43,1%) müsəlman, 1786000 (23,3%) erməni, 1641000 (21,4%) gürcü. Həmin sənədə əsasən Azərbaycan Xalq Cümhuriyyəti ərazisində 2353000 nəfər yaşayırdı ki, bu da Cənubi Qafqaz əhalisinin 30,7%-nə bərabər idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Paris sülh konfransına təqdim etdiyi sənədlərə görə isə, Azərbaycan Xalq Cümhuriyyətinin həqiqi hakimiyyəti altında olan ərazi Qafqaz (Cənubi) ərazisinin 38%-ni, Azərbaycan hakimiyyətinin yayıldığı ərazilərlə birlikdə isə 60,7%-ni əhatə etdiyi bildirilirdi. Paris sülh konfransına təqdim olunmuş sənədlərə əsasən, ümumiyyətlə, Cənubi Qafqazın əhalisi 8081668 nəfərdən ibarət idi. Onların 4617671 nəfəri (57,1%) Azərbaycanda yaşayırdı. Azərbaycan əhalisinin 75,4%-ni (3481889 nəfər) azərbaycanlılar, 17,2%-ni (795312 nəfər) ermənilər, 0,6%-ni (26585 nəfər) gürcülər, 6,7%-ni (310885 nəfər) başqa xalqların nümayəndələri təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkə əhalisinin sayı və etnik tərkibinin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirirdi. Əhali haqqında daha bir məlumat Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə çap edilən “Ünvan-təqvim”ində xüsusi cədvəl halında dərc edilmişdi. Həmin cədvəl 1917-ci il üçün Qafqaz təqvimi əsasında tərtib edildiyinə görə, faktiki olaraq, 1916-cı ilə aid olan vəziyyəti əks etdirir. Digər tərəfdən, bu cədvəlin özündə də türk-müsəlman əhalinin sayı dəqiq göstərilməmişdi. Beləliklə, aşağıda göstərilən cədvəl Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisində yaşayan əhalinin sayını əks etdirir.

Azərbaycan Xalq Cümhuriyyətinin əhalisi
(“Qafqaz təqvimi”nin 1917-ci il buraxılışının məlumatları əsasında tərtib edilmişdir)

Ə r a z i

Müsəlmanlar

Ermənilər

Gürcülər

Ruslar

Başqaları

Cəmi

Mütləq say

%

Mütləq say

%

Mütləq 
say

%

Mütləq 
say

%

Mütləq 
say

%

Bakı quberniyası 
(şəhər əhalisi)

47866

66,2

5.663

7,8

-

-

3788

5,2

15192

2,1

72509

Bakı quberniyası 
(kənd əhalisi)

693391

86,4

37258

4,6

30

0

68847

8,5

3711

0,5

803237

Bütün Bakı quberniyası (şəhər rəisliyi daxil olmadan)

741257

85,0

42921

4,9

30

0

72635

8,1

18903

2,0

875746

Bakı şəhər rəisliyi

198391

48,8

77166

19,0

8974

2,2

104599

26,0

16699

4,0

405829

Bütün Bakı quberniyası (şəhər rəisliyi ilə birlikdə)

939648

73,5

120087

9,3

9004

0,7

177234

13,8

35602

2,7

1281575

Bütün Gəncə quberniyası

797880

62,5

418859

32,9

1030

0,1

36777

2,9

20585

1,6

1275131

Bütün Zaqatala dairəsi

85136

91,84

2530

2,73

4664

5,03

326

0,35

42

0,05

92698

İrəvan quberniyasının bir hissəsi

129586

61,0

80530

38,0

96

0,04

593

0,24

1653

0,72

212458

Cəmi Azərbaycan Xalq Cümhuriyyəti üzrə

1952250

68,2

622006

21,4

14794

0,6

214930

7,5

57882

2,3

2861862

Həmin dövrdə Azərbaycan Respublikasının mübahisəsiz ərazisində (97,3 min kv. km) yaşayan əhalinin ümumi sayı 2861862 nəfərə bərabər idi, yəni hər kv. km-ə 29,4 nəfər düşürdü. Müsəlmanlar (əsasən, Azərbaycan türkləri) əhalinin 68,2%, ermənilər 21,4%, gürcülər 0,6%, ruslar 7,5%, digər xalqların nümayəndələri isə 2,3%-ni təşkil edirdi. Yuxarıda verilən rəqəmlərə əsasən, 1916-cı ildə Azərbaycan Xalq Cümhuriyyətinin bütün ərazisində (113,9 min kv. km) əhalinin ümumi sayı 3,3 milyondan çox idi. Azərbaycan xalqı 1916-cı ildən sonrakı dövr ərzində də ermənilərin həyata keçirdiyi kütləvi soyqırımlar və etnik təmizləmələr nəticəsində ağır demoqrafik sarsıntılar keçirmiş, sayca azalmışdı. Hesablamalar göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin əhalisi 1920-ci ilin aprel işğalı ərəfəsində azalaraq təqribən 2,6 milyon nəfərə enmişdi. Digər tərəfdən, rəsmi məlumatlara görə 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının (86,6 min kv. km) əhalisi 1952000 nəfər idi. Bu fakt əsas götürülərsə, həmin dövrdə keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisində təxminən 2189250 nəfər əhali yaşayırdı. Bu rəqəm 1916-cı ilin əvvəlinə olan vəziyyətlə müqayisə edildikdə aydın olur ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ərəfəsində onun mübahisəsiz ərazisində yaşayan əhali 700 min nəfərədəHəmin dövrdə Azərbaycan Respublikasının mübahisəsiz ərazisində (97,3 min kv. km) yaşayan əhalinin ümumi sayı 2861862 nəfərə bərabər idi, yəni hər kv. km-ə 29,4 nəfər düşürdü. Müsəlmanlar (əsasən, Azərbaycan türkləri) əhalinin 68,2%, ermənilər 21,4%, gürcülər 0,6%, ruslar 7,5%, digər xalqların nümayəndələri isə 2,3%-ni təşkil edirdi. Yuxarıda verilən rəqəmlərə əsasən, 1916-cı ildə Azərbaycan Xalq Cümhuriyyətinin bütün ərazisində (113,9 min kv. km) əhalinin ümumi sayı 3,3 milyondan çox idi. Azərbaycan xalqı 1916-cı ildən sonrakı dövr ərzində də ermənilərin həyata keçirdiyi kütləvi soyqırımlar və etnik təmizləmələr nəticəsində ağır demoqrafik sarsıntılar keçirmiş, sayca azalmışdı. Hesablamalar göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin əhalisi 1920-ci ilin aprel işğalı ərəfəsində azalaraq təqribən 2,6 milyon nəfərə enmişdi. Digər tərəfdən, rəsmi məlumatlara görə 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının (86,6 min kv. km) əhalisi 1952000 nəfər idi. Bu fakt əsas götürülərsə, həmin dövrdə keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisində təxminən 2189250 nəfər əhali yaşayırdı. Bu rəqəm 1916-cı ilin əvvəlinə olan vəziyyətlə müqayisə edildikdə aydın olur ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ərəfəsində onun mübahisəsiz ərazisində yaşayan əhali 700 min nəfərədək azalmışdı. Birinci Dünya müharibəsi (1914-1918-ci illər) dövründə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarının acı nəticələri belə idi.k azalmışdı. Birinci Dünya müharibəsi (1914-1918-ci illər) dövründə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarının acı nəticələri belə idi.