Təhsil
Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəni-maarif sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
AXC hökumətinin 1918-ci il 30 iyun tarixli qərarına əsasən Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil edilmiş və müvafiq kadrlarla təmin edilmişdi.
Hökumətin 1918-ci il 27 iyun tarixli qərarına əsasən, türk dili dövlət dili elan edilmişdi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin öz ana dilində aparılmalı və dövlət dili olan Ana dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir.
Maarif sisteminin milliləşdirilməsi sahəsində ən böyük çətinlik müəllim kadrların çatışmazlığı ilə bağlı idi. Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncə, Şəki və Zaqatalada qısamüddətli pedaqoji kurslar təşkil edilmiş və bu kurslara 150 nəfər cəlb edilmişdi. Azərbaycan hökuməti 22 iyun 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycana köçürülməsi haqqında qərar qəbul etmişdir.
AXC hökuməti məktəb dərsliklərinin hazırlanması və nəşri məqsədi ilə Maarif Nazirliyində xüsusi komissiya təşkil etmişdir. 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Türk çələngi”, “Tarixi-təbii”, “Rəhbər cəbr” dərslikləri nəşr olundu. Azərbaycan parlamenti 1919-cu il 18 sentyabr tarixli qərarı ilə türk dilində yeni kitablar almaq üçün Xalq Maarifi Nazirliyinin sərəncamına 1 milyon manat vəsait ayırmışdır.
Azərbaycanda hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində 1919-cu ilin əvvəllərində 637 ibtidai məktəb 23 orta ixtisas təhsili məktəblər var idi. Orta məktəblər arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası (Bakı, Gəncə və Qazax), 3 Müqəddəs Nina (Bakı, Gəncə və Şəki) qız tədris müəssisəsi, politexnik məktəb və kommersiya məktəbi var idi. Bakı, Gəncə və Qazaxda müəllim seminariyaları, Bakı, Gəncə və Şəkidə “Müqəddəs Nina” qadın məktəbləri, Bakıda politexnik və ticarət məktəbləri fəaliyyət göstərirdi.
1919-cu ilin sentyabrında Lənkəranda kişi və qadın gimnaziyaları fəaliyyətə başlamışdı.
1919-cu il sentyabrın 11-də Azərbaycan hökumətinin qərarı ilə “Müqəddəs Nina” məktəblərinin adları dəyişdirilərək, Bakı birinci milli qadın gimnaziyası, Gəncə qadın gimnaziyası və Şəki qadın gimnaziyası adlandırıldı. 1919-cu ildə Maarif Nazirliyi Bakı, Şəki, Şuşa, Göyçayda realnı və müəllim hazırlayan məktəblər açılması haqqında parlamentə qanun layihəsi təqdim etmiş və layihə bəyənilmişdi.
Azərbaycan hökuməti ölkədə təhsil sistemini daha da genişləndirmək və dərinləşdirmək məqsədi ilə 1919-cu ilin yayında kişi və qadınlar üçün Bakı, Gəncə və Şəkidə, kişilər üçün Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada qısamüddətli pedaqoji kurslar açmışdı.
1918-ci il iyulun 23-də AXC hökumətinin qərarı ilə Türkiyədən 50 nəfər müəllim dəvət edilmişdi. Onlar 1919-cu ilin oktyabr ayının əvvəllərində Azərbaycana gəlib müəllimlik fəaliyyətinə başlamışdılar.
Xalq Maarif Nazirliyi Azərbaycan dilində dərsliklərin yazılması və nəşri üçün komissiya təşkil etmişdi. Türkiyədən də dərs vəsaiti və dərsliklər alınmışdı. Azərbaycan Xalq Cümhuriyyəti qarşısında duran ən ümdə vəzifələrdən biri də Azərbaycanda ali təhsilin təşkili və ali təhsilli milli kadrların hazırlanması idi. Bakı Dövlət Universiteti 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Universiteti professor-müəllim heyəti ilə təmin etmək üçün tanınmış alimlər dəvət olundular. Avadanlıq, kitablar alınması üçün 1 milyon manat vəsait ayrıldı.
Parlamentin qərarı ilə ali təhsil almaq üçün 100 nəfər azərbaycanlı abituriyent xarici ölkələrə – Almaniya, İtaliya, Fransa və Türkiyəyə yola salınmışdı. Bir neçə tələbənin Rusiyanın təhsil müəssisələrinə göndərilməsi də qərara alınmışdı. Lakin xarici hərbi müdaxilə və vətəndaş müharibəsi getdiyinə görə, bu tədbir baş tutmamışdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici dövlətlərə ali təhsil
almaq üçün göndərilən tələbələrin siyahısı
Haradan göndərilib |
Soyadı, adı, atasının adı |
Göndərildiyi dövlət |
Bakı |
1. Axundov Əjdərbəy İsgəndərbəy oğlu |
Fransa |
2. Aslanov Teymurbəy Zəkəriyyəbəy oğlu |
Fransa |
|
3. Cabbarov Ələkbər Kərbalayi Məmmədəli oğlu |
Fransa |
|
4. Cəfərov Əliyusif Məşədi Abutalıb oğlu |
Türkiyə |
|
5. Dadaşov Ağaəbdülhüseyn Ələsgər oğlu |
Almaniya |
|
6. Əmircanov Əliyarbəy |
Rusiya |
|
7. Əşrəfov İsrafil İsmayıl oğlu |
Fransa |
|
8. Həsənov Əlimuxtar Yaqub oğlu |
Türkiyə |
|
9. Kazımov Cəfər Kərbalayi Ələsgər oğlu |
Almaniya |
|
10. Mirqasımov Zeynalabdin Mirələsgər oğlu |
Fransa |
|
11. Mustafayev Ağacəfər Kərbalayi Əbdülyəhya oğlu |
Almaniya |
|
12. Rəhimov Cəbrayıl Məmmədrza oğlu |
Fransa |
|
13. Rizayev İskəndər Cabbarxan oğlu |
Fransa |
|
14. Səlimov Hüseynqulu Yusif Kərbalayi oğlu |
Rusiya |
|
15. Yüzbaşinski İsmayıl Qafur oğlu |
Rusiya |
|
16. Mustafayev Ağahəsən Manaf oğlu |
Almaniya |
|
17. Dagirov Zaurbəy Yusifbəy oğlu |
Fransa |
|
18. Əliyev Zeynalabdinbəy Hacı Ağabəy oğlu |
İtaliya |
|
19. Məmmədov Həmid Məmməd oğlu |
Almaniya |
|
20. Vəliyev İsgəndər Mahmud oğlu |
İtaliya |
|
Bakı kəndləri |
21. Məmməd Hənəfi Zeynallı (Mərdəkan) |
Türkiyə |
22. Pirverdiyev Hənifə Hacı Mahmud oğlu (Sabunçu) |
Almaniya |
|
23. Sadıqov Mirsadıq Kərbalayi Seyid Kamil oğlu (Maştağa) |
Almaniya |
|
24. Quliyev Mirzə Hüseyn Kərbalayi Hənifə oğlu (Bülbülə) |
Almaniya |
|
25. Kərimov Əli Məşədi Xasbulad oğlu (Balaxanı) |
Türkiyə |
|
26. Ağayev Balağa Məmmədhənifə oğlu (Fatmayı) |
Fransa |
|
Gəncə |
27. Abdullayev Ağali Məşədi Rəsul oğlu |
İtaliya |
28. Ağasıbəyov Yusif Süleymanbəy oğlu |
Almaniya |
|
29. Bağırlı Abdulla Sadıq oğlu |
Kiyev |
|
30. Bosnalızadə Məmmədrəşid Mustafa oğlu |
Fransa |
|
31. Hacızadə Mirzə Məşədi Yusif oğlu |
Almaniya |
|
32. Rəhimzadə Abdulla Məmməd oğlu |
Almaniya |
|
33. Əbdürrəhmanov Ağacəfər Məşədi Səftər oğlu |
Almaniya |
|
34. Məmmədov Zal Məşədi Cavad oğlu |
Almaniya |
|
35. Nağıyev Hüseyn Hacı Musa oğlu |
İtaliya |
|
Şuşa |
36. Cavanşir Əbdülhəmid Həmid oğlu |
Fransa |
37. Əliyev Ələkbər Qəhrəman oğlu |
Almaniya |
|
38. Əliyev Əşrəf Ağali oğlu |
Almaniya |
|
39. Əmirov Umbay |
Odessa |
|
40. Hacıyev Bayram İbrahim oğlu |
Fransa |
|
41. Hacıyev Məmmədbəy Kərimbəy oğlu |
Almaniya |
|
42. Hacızadə Mirzə Məşədi Yusif oğlu |
Almaniya |
|
43. Hacıyev Xasbulat İsmayıl oğlu |
Rusiya |
|
44. Muradov Abbas Həmid oğlu |
Fransa |
|
45. Musayev Cəmil İbrahim oğlu |
Almaniya |
|
46. Muradov Məmmədbəy Fərhad oğlu |
Fransa |
|
47. Münsüzadə Hilal Mirzəhüseyn oğlu |
Almaniya |
|
48. Nərimanbəyov Yanubbəy Əmirbəy oğlu |
Fransa |
|
49. Salahov Yusif Məşədi Hüseyn oğlu |
Almaniya |
|
50. Səfərov Məhiş Məşədi Hacı oğlu |
Almaniya |
|
51. Vəzirov Aslanbəy Zeynalabdin oğlu |
Fransa |
|
52. Yusifzadə Ağalı Cəlal oğlu |
Fransa |
|
53. Zeynalov Behbudəli Məşədi Həmid oğlu |
Almaniya |
|
54. Qədimov Lətif Şirin oğlu |
Almaniya |
|
Şamaxı |
55. Axundov İsmayıl Əbdülxalıq oğlu |
Almaniya |
56. Əliyev Abbasmirzə Əhməd oğlu |
Almaniya |
|
57. İskəndərov Ağalar Məşədi Abbasqulu oğlu |
Almaniya |
|
58. Seyidəliyev Mirməmmədrza Mir Abutalıb oğlu |
Almaniya |
|
59. Məmmədov Ağababa Kərbalayi Ələsgər oğlu |
Xarkov |
|
60. Xudaverdiyev Əlibala Hacı Murtuza oğlu |
Almaniya |
|
Salyan |
61. Hüseynov Əlihüseyn Ağahüseyn oğlu |
Almaniya |
62. Hüseynbəyov Zeynalabdinbəy Adilbəy oğlu |
Fransa |
|
63. Hüseynzadə Bəhrambəy İsmayılbəy oğlu |
Almaniya |
|
Lənkəran |
64. Rzayev Nüsrət Rza oğlu |
Almaniya |
65. Səidzadə Mirismayıl Hacı Seyid Əhməd oğlu |
Almaniya |
|
Quba |
66. Hacızadə Səməndər Axund Zəki oğlu |
Almaniya |
67. Məmmədov Hüseynbala Cəfərqulu oğlu |
İtaliya |
|
Xaçmaz |
68. Həsənov Rzaqulu İsmayıl oğlu |
Almaniya |
İsmayıllı |
69. Məmmədov Əlibəy Xəlilbəy oğlu |
Türkiyə |
Şəki |
70. Nəbiyev Mahmud |
Rusiya |
Ağdam |
71. Əliyev Firudin Əzim oğlu |
Almaniya |
Tərtər |
72. Zeynalov Behbudəli Məşədi Həmid oğlu |
Almaniya |
Füzuli |
73. Əlimuradbəyov Cümşüdbəy Əlimurad oğlu |
Fransa |
Şəmkir |
74. Qaracəmilli Məcidbəy Qasımbəy oğlu |
Rusiya |
Oğuz |
75. Tahirzadə Abdulla Mahmud oğlu |
Türkiyə |
Ucar |
76. Sədi Hacı Həsən oğlu |
Türkiyə |
Qazax |
77. Hüseyn Qasım Mustafa oğlu Şıxıyev |
Almaniya |
78. Mustafayev Mustafa Molla Hacı Rəhim oğlu |
Fransa |
|
Zəngəzur |
79. Sultanov Baxışəlibəy Rüstəmbəy oğlu |
Almaniya |
80. Şahsuvarov Mürsəl Ədilxan oğlu |
Almaniya |
|
81. Şahsuvarov Surxay Əzim oğlu |
Almaniya |
|
İrəvan |
82. Ağabababəyov-Muğanlinski Əsildarbəy Abbasəlibəy oğlu |
Almaniya |
83. Ağabababəyov-Muğanlinski Adilbəy Abbasəlibəy oğlu |
Almaniya |
|
84. Əfəndiyev Məmmədəmin |
Almaniya |
|
85. Rəcəbov Əhməd Məşədi Cabbar oğlu |
Almaniya |
|
86. Rizayev Tağı Kərbalayi Əsgər oğlu |
Fransa |
|
Tiflis |
87. Atamalıbəyov Abbasbəy Seyfiıllabəy oğlu |
Fransa |
88. Dursunzadə Məmməd Zəki |
Türkiyə |
|
89. Məmmədov Qəhrəman İsrafil oğlu |
Almaniya |
|
90. Muxarski Süleyman Bəkir oğlu |
Fransa |
|
91. Ağarəhimov Məhəmməd Paşasadıq oğlu |
Almaniya |
|
92. Topçubaşov Rəşidbəy Əlimərdanbəy oğlu |
Almaniya |
|
93. Vəkilov Mustafa Məmmədağa oğlu |
Fransa |
|
94. Hüseynzadə Salman Hüseyn oğlu |
Almaniya |
|
Dağıstan |
95. Abdinov Bəhram Əlövsət oğlu |
Almaniya |
96. Əfəndiyev Abdulla Molla İbrahim oğlu |
Almaniya |
|
97. Xrimanov Zəkəriyyə Əbdülrəşid oğlu |
Almaniya |
|
98. Teymurxanov Muradbəy Zabir oğlu |
Almaniya |
|
99. Şahnəzərov Əhməd Hacı oğlu |
Fransa |
|
Daşkənd |
100. Umudov Mirzə Mənsur Hakim oğlu |
Fransa |
Qeyd: Bu siyahı Teyyub Qurbanın müəllifi olduğu “Yüz tələbə, yüz tale” kitabı əsasında tərtib edilmişdir. (Bakı: Şur, 2018, s.40-47)