Azərbaycan Xalq Cümhuriyyəti
AZ   |   EN   |   RU

Parlamentin yaradılması

Azərbaycan Məclisi-Məbusanı təsisi haqqında qanun

20 noyabr 1918-ci il

GİRİŞ

1917 sənəsi aprel ayında toplanan Ümum Qafqaziya müsəlmanları qurultayı Cənubi Qafqaziya islamları ümumi milliyyə və mədəniyyətlərini idarə və mənafei-siyasiyyələrini müdafiə etmək üzrə bir Mərkəzi Komitə təşkili tərhini cızaraq müvəqqətən Mərkəzi Komitə İcraatını Bakıda inqilab təriqilə təşəkkül edən Bakı komitəsinə tərk etmişdi. Bakı komitəsi bir zaman Mərkəzi Komitə vəzifəsini idarə edərək mətruh bulunan Mərkəzi Komitəni təsis və vəzifəyi müvəqqətəsini məzkur Komitəyə todi eyləmişdi. Mərkəzi komitə keçən sənə noyabr ayında dəvət edilən milli komitələr konfransının qərarına görə Azərbaycan Məclisi-Müəssisanını bir ay sonraya qədər toplamalıydı. Fəqət əhvali-siyasiyyə və ovzuözi daxiliyyə, zühur edən həvadisi fövqəladə buna imkan verməyərək Cənubi Qafqaziyadan Rusiyə Məclisi-Müəssisaninə gedəcək əza Rusiya Məclisi-Müəssisani dağıldığından dolayı Tiflisdə cəm olaraq firqə siyahıların təbiri məxsus ilə dərinləşdirmək təriqilə Cənubi Qafqaziya "Seymini təşkil etdilər. Cənubi Qafqaziya müsəlman firqələri tərəfindən Rusiya Məclisi-Müəssisanına seçilən 14 müsəlman məbusu siyahılarının firqələr tərəfindən dərinləşməsi surətilə 44-ə qədər çoxaldı. Azərbaycan Məclisi-Müəssisanını toplamaq qeyri-mümkün olduğunu nəzərə alaraq Cənubi Qafqaziya Mərkəzi Müsəlman Komitəsi bu məsələnin həllini "Seym" müəssisəsində bulunan müsəlman əzayə vaküzar etməyi münasib gördü. Çünki bunlar Mövərayi Qafqaz Əhaliyi islamiyyəsi arasında mövcud bulunan müxtəlif siyasi cərəyanları təmsil edir və əhalinin milyondan ziyadə rəini qazanmış müvəkkillərdi, deyə iqtidlal ediyor:Təşkilati milliyənin təini istiqaməti üçün bu zövat ən ziyadə səlahiyyət sahibidir deyə tərəqqi ediyordu. Bu surətdə Mavərayi-Qafqaz islamilərinin təşkilati Mərkəziyyələrinə təvaoüs edən Mavərayi-Qafqaz "Seym"i müsəlman əzaları da Məclisi-Müəssisan toplanıncaya qədər kəndlərini Mavərayi-Qafqaz Müsəlman Şurası deyə elan etdilər.

Parlamentin təsisi haqqında qanun

Şura "Seym"ə daxil olan müsəlman firqələri nümayəndələrindən mütəşəkkil bir heyəti icraiyyə dəxi intixab əylədi. Gürcüstanın Mavərayi- Qafqaz ittifaqından çıxaraq ayrıca elani istiqlal etməsi üzərinə Mavərayi-Qafqaz Müsəlman Şurası bittəb, kəndisini Azərbaycan Şurayi-Millisi və buna mütəaqib Azərbaycanın istiqlalını elan və Azərbaycan hökuməti cümhuriyyəsini təşkil etdi. Mavərayi-Qafqaz qitəsi birlikdə ikən və burada bulunan başlıca üç millət arasında təyini -hüdud yox ikən Milli Şuralar birər Milli müəssisələr idi. Vəzifələrində bittəb məhdud və mədud idi. Elani istiqlal keyfiyyəti ilə Şuralar birər müəssisə halından çıxaraq dövlət müəssisi şəklini alyorlardı. Azərbaycan yalnız türklərlə məskun deyildir. Bunun üçün də Azərbaycan Şurayi-Millisi Azərbaycan ərazisi üzərində yaşayan bütün millətləri təmsil etməli idi. Həm Şurayi-Milli, həm də hökumət bunun lüzumunu idrak ediyorlardı. Fəqət əhvali fövqəladə və məmləkətin ərazisini düşmənlərdən təmizləmək keyfiyyəti bir aralıq qüvvəyi təşriyyənin tətiləti belə muceb oldığından bu əməliyyənin tətbiqinə şimdi təvəssül olunuyor. Müəyyən bir ərazi üzərində icrayi hökm edəcək qəvanin vəz edən bir məclisi təşriyyə üçün yalnız bir milləti təmsil etmək kafi olmadığı kimi 44 kişilik ufaq bir məclis halında olmaq daxi mümkün deyildir. Əlavə bərin Azərbaycan müsəlmanlarının həyati xüsusiyyələri nöqteyi-nəzərindən məclisimizdə bulunan müxtəlif siyasi cərəyan nümayəndələrindən başqa cəmaət müəssisələri ilə doğrudan-doğruya vilayətlərdən göndərilən nümayəndələrin vücuduna böyük bir lüzum vardır. Bakı quberniyası ilə Gəncə quberniyası, Zaqatal okruqu və İrəvan ilə Tiflis quberniyalarından birər hissəsi Azərbaycan ərazisini təşkil etməkdədir. Bu ərazi üzərində Qafqasiya təqviminin hesabı üzərinə tamam rəqəmlə 2.750.000 nüfus vardır. Bundan 1.900.000 islam, 500.000-i erməni, 230.000-i rus, hər məbus üçün 24.000 nüfus miqyas alarsaq müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlılar 1, yəhudilər 1 məbus çıxarılır. Digər xırda millətlər isə miqyas təşkil edəcək dərəcədə olmayıblar. Fəqət gürcü ilə polyak digərlərinə nisbətən daha ziyadə bir əqəliyyət təşkil eylədiklərindən onlara daxi betore istisna birər nümayəndəlik verilə bilər.

Əqliyyətdə bulunan millətlərin hissələrinə gələn nümayəndələr cəlb olunmaq lazım ikən bittəb, müsəlmanlardan mövcud bulunan 44 Şura əzası təfriq olunaraq yalnız 36 zat yenidən cəlb olunacaqdır. Cəlb etmək həqqini Şurayi-Milli şəhər idarələri ilə milli komitələrə müraciətlə tətbiq ediyor. Yalnız mərkəzi məmləkət bulunan Bakıda bir istisna olaraq şəhər idarəsindən əlavə sinfi müəssisələrdən daxi nümayəndə istənilər.

Azərbaycan Milli Şurasının 1918-ci il 20 noyabr tarixli iclasında qəbul edilmişdir

II

1 — Azərbaycan parlemanı (Məclisi-Məbusan) 120 əzadan ibarətdir.

2 — Azərbaycan parlemanı Azərbaycan Məclisi-Müəssisanı dəvət oluncaya qədər aşağıdakı tərtiblə intixab olunmuş əzadan təşəkkül edir:

a) Rusiya Məclisi-Müəssisanına dörd müxtəlif siyasi firqə siyahıları mucibincə Mavərayi-Qafqaz əhaliye islamiyyəsi tərəfindən intixab olunub da sonra Mavərayi-Qafqaz "Seym"ində əza sifətilə bulunmuş və bədə Azərbaycan Şurayi-Millisini təşkil eyləmiş 44 zatdan;

b) Azərbaycan bələdiyyələri müsəlman əzasilə əskidən mövcud bulunan Milli müsəlman komitələri əzası tərəfindən intixab olunmaq surətilə cəlb olunacaq zəvatdan;

p) Əqəliyyətdə bulunan millətlərin səlahiyyətdar müəssisəyi-milliyyələrindən cəlb olunacaq zəvatdan;

t) Bakı Həmkarlar Şurası ilə Sovet siyezd, ticarət və ərbabi sənaye ittifaqından cəlb olunacaq zəvatdan.

3 — Əsasən mövcud olan 44 əzayə əlavə olunacaq əza bu nisbətlə cəlb olunacaq:

a) Əhaliye islamiyyə tərəfindən: Bakı — 5; Göyçay uyezdi — 2 (biri şəhər, biri uyezd); Cəvad — 2 (biri şəhər, biri uyezd); Quba — 3 (biri şəhər, ikisi uyezd); Lənkəran — 2 (biri şəhər, biri uyezd); Şamaxı — 2; Gəncə — 3 (biri şəhər, ikisi uyezd); Ərəş — 2; Cavanşir — 1; Zəngəzur — 2; Qazax — 1; Cəbrayıl — 1; Nuxa — 2 (biri şəhər, biri uyezd); Şuşa — 2 (biri şəhər, biri uyezd); Zaqatala — 2 (biri şəhər, biri mahal); İrəvan vilayətinin Azərbaycana keçən hissəsi — 3; Tiflis vilayətinin Azərbaycana keçən hissəsi — 1.

Qeyd: a) Bakı hissəsinə düşən 5 zat Bakı bələdiyyəsi müsəlman əzası tərəfindən seçiləcəkdir. Digər şəhərlərdə daxi şəhər hissəsinə düşən nümayəndəyi — ümumi intixabla seçilmiş müsəlman qlasnılarını seçəcəklərdir. Uyezd nümayəndələri isə uyezd milli komitələri tərəfindən intixab olunacaqdırlar.

b) Seçkilər gizli olacaq;

p) Əqəliyyət təşkil edən millətlərdən: erməni əhalisi tərəfindən 21, 8-i Gəncə erməni əhali komitəsindən, 8-i Şuşa erməni əhali komitəsindən, 5-i də Bakı erməni əhali komitəsindən; rus əhalisindən Bakıdakı rus milli şurasından — 10; alman əhalisi təşkilati-milliyyəsindən — 1; yəhudi şurayi milliyyəsindən —- 1; Gürcü komitəsindən — 1; Polyak komitəsindən — 1.

t) Bakı həmkarlar Cəmiyyəti Şurasından — 3, Bakı Sovet siyezd və ticarət-sənaye cəmiyyətlərindən müştərəkən — 2.

Qeyd: 1 — Bələdiyyəsi və milli komitəsi olmayan qəzalar nümayşndələrini köy obşestva nümayəndələrinin ictimaində təyin edə bilərlər. Bir ictimai hər obşestvadan birər nümayəndə göndərilmək surətilə hasil olur.

Qeyd: 2 — Əhvali fövqəladə məruz bulunan yerlərin nümayəndələrini Şurayi-Milli bizzat təin edər.

Qeyd: 3 — Şurayi-Millinin əsaslı üzvlərini təşkil edən 44 əzadan biri istefa edər, mərhum olur və yaxud başqa bir səbəblə məclisdən çıxarsa, onun əvəzinə mənsub bulunduğu siyahının mərtəbi bulunan firqəyi müəssisani tərəfindən başqa birisi təyin olunur.

Qeyd: 4 — Cəlb olunacaq şəxasın intixabati şəhərlərdə bələdiyyə rəisləri, uyezdlərdə mirovoy sudyalar və ya onların müavini və əqəliyyətə mənsub millətlərdə Milli Şura rəislərinin təşəbbüs və nəzarəti ilə icra olunur və intixab olunacaq zəvaətə kəndi imzaları ilə keyfiyyət intixabi müvəzzəh və müsəddiq etimadnamələr verilir

Şurayi-Milli rəisi 
Məmməd Əmin Rəsulzadə

ARDA, f. 895, siy. 3, iş. 7, vər. 1-2, iş. 187, vər. 1-2.