Azərbaycan Xalq Cümhuriyyəti
AZ   |   EN   |   RU

Diplomatik əlaqələr

Diplomatik nümayəndəliklər

Azərbaycan Xalq Çümhuriyyəti dövründə xarici siyasət və diplomatik əlaqələr Xarici İşlər Nazirliyi, Azərbaycanın xarici dövlətlərdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, konsulluqları, habelə, xarıci dövlətlərin Azərbaycandakı diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə həyata keçirilmişdir.

AXC dövründə xarici işlər nazirləri:

Məmmədhəsən Hacınski      28 may ‐ 6 oktyabr 1918

Əlimərdan bəy Topçubaşov      6 oktyabr ‐ 26 dekabr 1918

Fətəli xan Xoyski       26 dekabr 1918 ‐ 14 aprel 1919,  22 dekabr 1919 ‐ 27 aprel 1920

Məmmədyusif Cəfərov      14 aprel ‐ 22 dekabr 1919

Azərbaycanın xaricdəki səfirlikləri, nümayəndəlikləri və konsulluqları

Paris sülh konfransında nümayəndə heyətinin rəhbəriƏlimərdan bəy Topçubaşov

Ermənistanda diplomatik nümayəndə:

  1. Məhəmməd bəy Təkinski
  2. Əbdürrəhim bəy Haqverdiyev
  3. Teymur bəy Makinski

Gürcüstanda diplomatik nümayəndə:

  1. Məmmədyusif Cəfərov
  2. Faris bəy Vəkilov

Dağlı Xalqları Respublikasında diplomatik nümayəndə - Əbdürrəhim bəy Haqverdiyev

Türkiyədə diplomatik nümayəndə -

  1. Əlimərdan bəy Topçubaşov
  2. Yusif bəy Vəzirov (Çəmənzəminli)

İranda səfirAdil xan Ziyadxanov
Ənzəlidə vitse-konsulMəhəmməd bəy Xəlilov
1920-ci il aprelin 1-də Təbrizdə baş konsulluq, Rəştdə konsulluq, Məşhəddə vitse-konsulluq, Xoy və Əhərdə konsul agentlikləri yaradılmışdır.

Türküstanda (Zakaspidə) nümayəndəƏkbər ağa Sadıqov

Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndə və ticarət agenti Cəfər bəy Rustəmbəyov

Batumda baş konsul - Mahmud bəy Əfəndiyev

Ukraynada diplomatik nümayəndəYusif bəy Vəzirov (Çəmənzəminli), konsul - Camal Sadıqov

Krımda konsul agentiŞeyx Əli Hüseynov

1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ermənistan, Gürcüstan, Türkiyə, Dağlılar Respublikası və Türküstanda diplomatik nümayəndəliyi, İranda səfirliyi, Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndəsi, Paris Sülh Konfransında səlahiyyətli nümayəndə heyəti fəaliyyət göstərmişdir. 

Həmin illərdə Bakıda bir sıra dövlətlərin nümayəndəlikləri fəaliyyət göstərmişdir:

Xarici dövlətlərin Bakıda yerləşən nümayəndəlikləri

 

Ölkə

Nümayəndənin adı

Ünvan

1.

Böyük Britaniya

Vitse-konsul Gevelke

Kladbişenskaya küçəsi, 11, Rus-Asiya bankının dəftərxanası

2.

Ermənistan

Diplomatik nümayəndə G.A. Bekzadyan

Telefonnaya, 5

3.

Belçika

Konsul Ayvazov

Gorchakovskaya küçəsi, 19

4.

Yunanıstan

Konsul Kusis

Gogolevskaya və Molokanskaya küçələrinin tini

5.

Gürcüstan

Diplomatik nümayəndə N.S. Alışbey

Politseyskaya küçəsi, 20

6.

Danimarka

Konsul E.F. Bisrinq

Birjevaya küçəsi, 32. Elektricheskaya Sila şirkətinin binası

7.

İtaliya

Səkkizinci missiyanın başçısı Enrico İnsom

Molokanskaya küçəsi, 35.

8.

Litva

Konsul agenti V.İ Mitskeviç

Pozenovskaya küçəsi, 15

9.

İran

Baş konsul Saad ul Vizirov

Gubernskaya Spasskiy küçəsinin tini

10.

Polşa

Konsul agenti S. Rılskiy

Politseyskaya küçəsi, 15

11.

ABŞ

Vitse-konsul Randolf

Krasnovodskaya küçəsi, 8

12.

Ukrayna

Vitse-konsul Golovan

Nikolayevskaya, 8. Mirzəbəyovun evi

13.

Finlandiya

Konsul agenti Veqelius

Balaxanı ərazisi. Nobel qardaşlarının ofisi

14.

Fransa

Konsul agenti Yemelyanov

Vodovoznaya küçəsi, Mitrofanovun evi

15.

İsveçrə

Konsul Klottyu

Birjevaya küçəsi. 14

16.

İsveç

Konsul R.K. Van-der-Pluq

Persidskaya və Gubernskaya küçələrinin tini

Azərbaycanın müstəqilliyi Antanta Ali Şurası tərəfındən tanındıqdan sonra hökumətin hazırladığı “Qərbi Avropa və Amerikada Azərbaycan Cümhuriyyətinin diplomatik missiyalarının yaradılması və Paris sülh konfransındakı Azərbaycan nümayəndəliyinin ləğv edilməsi haqqında” qanun layihəsi Parlamentdə müzakirə olundu və qəbul edildi. Həmin qanuna görə, 1920 il aprelin 1-dən etibarən Böyük Britaniya, Fransa, İsveçrə, İtaliya, ABŞ, Almaniya, Rusiya və Polşada (Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumıniya) Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri təsis olunmalı idi. 
Lakin sovet-bölşevik rejiminin beynəlxalq hüquq normalarım kobudcasına pozaraq Şimali Azərbaycanı işğal etməsi və de-fakto tanınmış müstəqil Azərbaycan Xalq Cümhuriyyətini aradan götürməsi nəticəsində Azərbaycanın xarici ölkələrlə diplomatik əlaqələrinə və beynəlxalq münasibətlər sistemində təmsil olunmasına son qoyuldu.