Azərbaycan Xalq Cümhuriyyəti
AZ   |   EN   |   RU

Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş əsərlərin nəşr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 1998-ci il tarixli, 731 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

1. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planında nəzərdə tutulmuş əsərlərin hazırlanması və nəşri üçün aşağıda göstərilən təşkilatlara müvafiq vəsait ayrılsın:

  • Azərbaycan Elmlər Akademiyası — 120.000.000 (yüz iyirmi milyon) manat;
  • Baş Arxiv İdarəsi — 35.000.000 (otuz beş milyon) manat;
  • «Azərbaycan» nəşriyyatı — 300.000.000 (üç yüz milyon) manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV


Bakı şəhəri, 22 fevral 1998-ci il
№ 751