Azərbaycan Xalq Cümhuriyyəti

Milli Şura

Azərbaycan Milli Şurası

İstiqlal bəyannaməsinin mətni

Rusiyada 1917-ci il fevral inqilabı qələbəsindən sonra Dövlət Dumasındakı Zaqafqaziyadan olan deputatların təşəbbüsü və müvəqqəti hökumətin qərarı ilə Zaqafqaziyanı idarə etmək üçün Duma deputatlarının üzvlüyü ilə Xüsusi Zaqafqaziya Komitəsi yaradılmışdı.
1917-ci ilin oktyabrında Petroqradda hakimiyyəti ələ keçirən bolşeviklər Rusiya Sovet Federativ Sosialist Respublikasını elan edirlər. Bolşeviklərin Petroqraddakı çevrilişi Zaqafqaziyada rəğbətlə qarşılanmır. 1917-ci il noyabrın 15-də Tiflisdə bu ərazidə yaşayan üç xalqın (Azərbaycan, gürcü və erməni) nümayəndələrindən ibarət Zaqafqaziya Komissarlığı yaradılır.
1917-ci il noyabrın 26-28-də Qafqazdan Rusiya Müəssislər Məclisinə seçkilər keçirilir. 1918 ilin yanvarında bolşeviklər Rusiyada Müəssislər Məclisini buraxdıqdan sonra Zaqafqaziya Diyar Soveti yerli hökumət strukturunun yaradılmasını qərara alır. Zaqafqaziyadan Rusiya Müəssislər-Məclisinə seçilmiş deputatlar 1918-ci il fevralın 14-də Tiflisdə hakimiyyət orqanı kimi, Zaqafqaziya Seyminin yaradılması qərara alınır.
Zaqafqaziya Seymində Azərbaycanı 44 deputatdan ibarət dörd müsəlman partiyası -"Müsavat" və ona qoşulan demokratik bitərəflər qrupu, "Müsəlman sosialist bloku", "Rusiyada Müsəlmanlıq" ("İttihad"), "Hümmət" (menşevik) partiyaları təmsil edirdi.
Mayın 26-da Zaqafqaziya Seyminin son iclası keçirilmişdir. Mayın 27-də artıq keçmiş Seymin Müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırmış və Müvəqqəti Milli Şura yaratmağı qərara almışdı. Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişinin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirilmiş və Azərbaycanın Müstəqil Cümhuriyyət elan edilməsi məsələsi müzakirə edilmişdir.

İstiqlaliyyətin elan olunması haqqında teleqram. 1918, 30 may

Milli Şura Cənub-Şərqi Qafqazda Azərbaycanın Müstəqil Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etmiş, müstəqillik haqqında Akt - İstiqlal bəyannaməsi qəbul etmişdir. Tarixi iclasda Milli Şuranın aşağıdakı üzvləri iştirak etmişlər: Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanov, Heybətqulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əliəsgərov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Axundzadə. Səsvermədə 24 nəfər müstəqilliyin lehinə səs vermiş, iki nəfər (S.M.Qənizadə və C.Axundov) bitərəf qalmışlar.
Altı bənddən ibarət olan bəyannaməni Azərbaycan Milli Şurasının üzvlərindən Həsən bəy Agayev, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanov, Cavad Məlik-Yeqanov, Mustafa Mahmudov imzalamışlar.
Həmin iclasda Milli Şura ilk müvəqqəti hökumətin yaradılması haqqında qərar qəbul etmişdir. Milli Şura və ilk hökumət 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçmüş, noyabrın 16-dan dekabrın 7-sinədək – yəni ilk parlamentin açılışınadək Bakıda fəaliyyətini davam etdirmişdir.

Azərbaycan Milli Şurasının tərkibi

"Müsavat" və demokratik bitərəflər qrupu

  1. Məmməd Yusif Cəfərov
  2. Əlimərdan bəy Topçubaşov
  3. Məhəmməd Əmin Rəsulzadə
  4. Nəsib bəy Yusifbəyli
  5. Həsən bəy Ağayev
  6. Xosrov Paşa bəy Sultanov
  7. Məmməd Həsən Hacınski
  8. Mir Hidayət Seyidov
  9. Fətəli xan Xoyski
  10. Xəlil bəy Xasməmmədov
  11. Qazı Əhməd Məhəmmədbəyov
  12. Aslan bəy Qardaşov
  13. Şəfi bəy Rüstəmbəyli
  14. Cavad bəy Məlik-Yeqanov
  15. Mustafa Mahmudov
  16. Mehdi bəy Hacıbababəyov
  17. Hacı Molla Səlim Axundzadə
  18. Mehdi bəy Hacınski
  19. Xudadat bəy Məlik-Aslanov
  20. Müseyib Əxicanov
  21. Lütfəli bəy Behbudov
  22. Firudin bəy Köçərli
  23. İbrahim ağa Vəkilov
  24. Həmid bəy Şahtaxtinski
  25. Rəhim Vəkilov
  26. Ələsgər Mahmudbəyov
  27. Yusif əfəndi Əfəndizadə
  28. Mirzə Cəlal Yusifzadə
  29. Məmmədrza ağa Vəkilov
  30. İslam bəy Qəbulov

Müsəlman sosialist bloku

  1. İbrahim bəy Heydərov
  2. Əlixan Qantəmir
  3. Aslan bəy Səfikürdski
  4. Əhməd Cövdət Pepinov
  5. Bağır Rzayev
  6. Camo Hacınski
  7. Məhəmməd Məhərrəmov

"Rusiyada müsəlmanlıq" ("İttihad")

  1.  Sultanməcid Qənizadə
  2. Mir Yaqub Mehdiyev
  3. Heybətqulu Məmmədbəyov

Müsəlman sosial-demokrat menşevik partiyası "Hümmət"

  1. Cəfər Axundov
  2. İbrahim Əbilov
  3. Əkbər Ağa Şeyxülislamov
  4.  Səmədağa Ağamalıoğlu