Azərbaycan Xalq Cümhuriyyəti
AZ   |   EN   |   RU

Təhsil

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəni-maarif sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. 

AXC hökumətinin 1918-ci il 30 iyun tarixli qərarına əsasən Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil edilmiş və müvafiq kadrlarla təmin edilmişdi.

Hökumətin 1918-ci il 27 iyun tarixli qərarına əsasən, türk dili dövlət dili elan edilmişdi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin öz ana dilində aparılmalı və dövlət dili olan Ana dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. 

Maarif sisteminin milliləşdirilməsi sahəsində ən böyük çətinlik müəllim kadrların çatışmazlığı ilə bağlı idi. Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncə, Şəki və Zaqatalada qısamüddətli pedaqoji kurslar təşkil edilmiş və bu kurslara 150 nəfər cəlb edilmişdi. Azərbaycan hökuməti 22 iyun 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycana köçürülməsi haqqında qərar qəbul etmişdir. 

AXC hökuməti məktəb dərsliklərinin hazırlanması və nəşri məqsədi ilə Maarif Nazirliyində xüsusi komissiya təşkil etmişdir. 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Türk çələngi”, “Tarixi-təbii”, “Rəhbər cəbr” dərslikləri nəşr olundu. Azərbaycan parlamenti 1919-cu il 18 sentyabr tarixli qərarı ilə türk dilində yeni kitablar almaq üçün Xalq Maarifi Nazirliyinin sərəncamına 1 milyon manat vəsait ayırmışdır.

Azərbaycanda hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində 1919-cu ilin əvvəllərində 637 ibtidai məktəb 23 orta ixtisas təhsili məktəblər var idi. Orta məktəblər arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası (Bakı, Gəncə və Qazax), 3 Müqəddəs Nina (Bakı, Gəncə və Şəki) qız tədris müəssisəsi, politexnik məktəb və kommersiya məktəbi var idi. Bakı, Gəncə və Qazaxda müəllim seminariyaları, Bakı, Gəncə və Şəkidə “Müqəddəs Nina” qadın məktəbləri, Bakıda politexnik və ticarət məktəbləri fəaliyyət göstərirdi.

1919-cu ilin sentyabrında Lənkəranda kişi və qadın gimnaziyaları fəaliyyətə başlamışdı.

1919-cu il sentyabrın 11-də Azərbaycan hökumətinin qərarı ilə “Müqəddəs Nina” məktəblərinin adları dəyişdirilərək, Bakı birinci milli qadın gimnaziyası, Gəncə qadın gimnaziyası və Şəki qadın gimnaziyası adlandırıldı. 1919-cu ildə Maarif Nazirliyi Bakı, Şəki, Şuşa, Göyçayda realnı və müəllim hazırlayan məktəblər açılması haqqında parlamentə qanun layihəsi təqdim etmiş və layihə bəyənilmişdi.

Azərbaycan hökuməti ölkədə təhsil sistemini daha da genişləndirmək və dərinləşdirmək məqsədi ilə 1919-cu ilin yayında kişi və qadınlar üçün Bakı, Gəncə və Şəkidə, kişilər üçün Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada qısamüddətli pedaqoji kurslar açmışdı. 

1918-ci il iyulun 23-də AXC hökumətinin qərarı ilə Türkiyədən 50 nəfər müəllim dəvət edilmişdi. Onlar 1919-cu ilin oktyabr ayının əvvəllərində Azərbaycana gəlib müəllimlik fəaliyyətinə başlamışdılar.

Xalq Maarif Nazirliyi Azərbaycan dilində dərsliklərin yazılması və nəşri üçün komissiya təşkil etmişdi. Türkiyədən də dərs vəsaiti və dərsliklər alınmışdı. Azərbaycan Xalq Cümhuriyyəti qarşısında duran ən ümdə vəzifələrdən biri də Azərbaycanda ali təhsilin təşkili və ali təhsilli milli kadrların hazırlanması idi. Bakı Dövlət Universiteti 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Universiteti professor-müəllim heyəti ilə təmin etmək üçün tanınmış alimlər dəvət olundular. Avadanlıq, kitablar alınması üçün 1 milyon manat vəsait ayrıldı. 

Parlamentin qərarı ilə ali təhsil almaq üçün 100 nəfər azərbaycanlı abituriyent xarici ölkələrə – Almaniya, İtaliya, Fransa və Türkiyəyə yola salınmışdı. Bir neçə tələbənin Rusiyanın təhsil müəssisələrinə göndərilməsi də qərara alınmışdı. Lakin xarici hərbi müdaxilə və vətəndaş müharibəsi getdiyinə görə, bu tədbir baş tutmamışdı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici dövlətlərə ali təhsil
almaq üçün göndərilən tələbələrin siyahısı

Haradan göndərilib

Soyadı, adı, atasının adı

Göndərildiyi dövlət

Bakı

1. Axundov Əjdərbəy İsgəndərbəy oğlu

Fransa

2. Aslanov Teymurbəy Zəkəriyyəbəy oğlu

Fransa

3. Cabbarov Ələkbər Kərbalayi Məmmədəli oğlu

Fransa

4. Cəfərov Əliyusif Məşədi Abutalıb oğlu

Türkiyə

5. Dadaşov Ağaəbdülhüseyn Ələsgər oğlu

Almaniya

6. Əmircanov Əliyarbəy

Rusiya

7. Əşrəfov İsrafil İsmayıl oğlu

Fransa

8. Həsənov Əlimuxtar Yaqub oğlu

Türkiyə

9. Kazımov Cəfər Kərbalayi Ələsgər oğlu

Almaniya

10. Mirqasımov Zeynalabdin Mirələsgər oğlu

Fransa

11. Mustafayev Ağacəfər Kərbalayi Əbdülyəhya oğlu

Almaniya

12. Rəhimov Cəbrayıl Məmmədrza oğlu

Fransa

13. Rizayev İskəndər Cabbarxan oğlu

Fransa

14. Səlimov Hüseynqulu Yusif Kərbalayi oğlu

Rusiya

15. Yüzbaşinski İsmayıl Qafur oğlu

Rusiya

16. Mustafayev Ağahəsən Manaf oğlu

Almaniya

17. Dagirov Zaurbəy Yusifbəy oğlu

Fransa

18. Əliyev Zeynalabdinbəy Hacı Ağabəy oğlu

İtaliya

19. Məmmədov Həmid Məmməd oğlu

Almaniya

20. Vəliyev İsgəndər Mahmud oğlu

İtaliya

Bakı kəndləri

21. Məmməd Hənəfi Zeynallı (Mərdəkan)

Türkiyə

22. Pirverdiyev Hənifə Hacı Mahmud oğlu (Sabunçu)

Almaniya

23. Sadıqov Mirsadıq Kərbalayi Seyid Kamil oğlu (Maştağa)

Almaniya

24. Quliyev Mirzə Hüseyn Kərbalayi Hənifə oğlu (Bülbülə)

Almaniya

25. Kərimov Əli Məşədi Xasbulad oğlu (Balaxanı)

Türkiyə

26. Ağayev Balağa Məmmədhənifə oğlu (Fatmayı)

Fransa

Gəncə

27. Abdullayev Ağali Məşədi Rəsul oğlu

İtaliya

28. Ağasıbəyov Yusif Süleymanbəy oğlu

Almaniya

29. Bağırlı Abdulla Sadıq oğlu

Kiyev

30. Bosnalızadə Məmmədrəşid Mustafa oğlu

Fransa

31. Hacızadə Mirzə Məşədi Yusif oğlu

Almaniya

32. Rəhimzadə Abdulla Məmməd oğlu

Almaniya

33. Əbdürrəhmanov Ağacəfər Məşədi Səftər oğlu

Almaniya

34. Məmmədov Zal Məşədi Cavad oğlu

Almaniya

35. Nağıyev Hüseyn Hacı Musa oğlu

İtaliya

Şuşa

36. Cavanşir Əbdülhəmid Həmid oğlu

Fransa

37. Əliyev Ələkbər Qəhrəman oğlu

Almaniya

38. Əliyev Əşrəf Ağali oğlu

Almaniya

39. Əmirov Umbay

Odessa

40. Hacıyev Bayram İbrahim oğlu

Fransa

41. Hacıyev Məmmədbəy Kərimbəy oğlu

Almaniya

42. Hacızadə Mirzə Məşədi Yusif oğlu

Almaniya

43. Hacıyev Xasbulat İsmayıl oğlu

Rusiya

44. Muradov Abbas Həmid oğlu

Fransa

45. Musayev Cəmil İbrahim oğlu

Almaniya

46. Muradov Məmmədbəy Fərhad oğlu

Fransa

47. Münsüzadə Hilal Mirzəhüseyn oğlu

Almaniya

48. Nərimanbəyov Yanubbəy Əmirbəy oğlu

Fransa

49. Salahov Yusif Məşədi Hüseyn oğlu

Almaniya

50. Səfərov Məhiş Məşədi Hacı oğlu

Almaniya

51. Vəzirov Aslanbəy Zeynalabdin oğlu

Fransa

52. Yusifzadə Ağalı Cəlal oğlu

Fransa

53. Zeynalov Behbudəli Məşədi Həmid oğlu

Almaniya

54. Qədimov Lətif Şirin oğlu

Almaniya

Şamaxı

55. Axundov İsmayıl Əbdülxalıq oğlu

Almaniya

56. Əliyev Abbasmirzə Əhməd oğlu

Almaniya

57. İskəndərov Ağalar Məşədi Abbasqulu oğlu

Almaniya

58. Seyidəliyev Mirməmmədrza Mir Abutalıb oğlu

Almaniya

59. Məmmədov Ağababa Kərbalayi Ələsgər oğlu

Xarkov

60. Xudaverdiyev Əlibala Hacı Murtuza oğlu

Almaniya

Salyan

61. Hüseynov Əlihüseyn Ağahüseyn oğlu

Almaniya

62. Hüseynbəyov Zeynalabdinbəy Adilbəy oğlu

Fransa

63. Hüseynzadə Bəhrambəy İsmayılbəy oğlu

Almaniya

Lənkəran

64. Rzayev Nüsrət Rza oğlu

Almaniya

65. Səidzadə Mirismayıl Hacı Seyid Əhməd oğlu

Almaniya

Quba

66. Hacızadə Səməndər Axund Zəki oğlu

Almaniya

67. Məmmədov Hüseynbala Cəfərqulu oğlu

İtaliya

Xaçmaz

68. Həsənov Rzaqulu İsmayıl oğlu

Almaniya

İsmayıllı

69. Məmmədov Əlibəy Xəlilbəy oğlu

Türkiyə

Şəki

70. Nəbiyev Mahmud

Rusiya

Ağdam

71. Əliyev Firudin Əzim oğlu

Almaniya

Tərtər

72. Zeynalov Behbudəli Məşədi Həmid oğlu

Almaniya

Füzuli

73. Əlimuradbəyov Cümşüdbəy Əlimurad oğlu

Fransa

Şəmkir

74. Qaracəmilli Məcidbəy Qasımbəy oğlu

Rusiya

Oğuz

75. Tahirzadə Abdulla Mahmud oğlu

Türkiyə

Ucar

76. Sədi Hacı Həsən oğlu

Türkiyə

Qazax

77. Hüseyn Qasım Mustafa oğlu Şıxıyev

Almaniya

78. Mustafayev Mustafa Molla Hacı Rəhim oğlu

Fransa

Zəngəzur

79. Sultanov Baxışəlibəy Rüstəmbəy oğlu

Almaniya

80. Şahsuvarov Mürsəl Ədilxan oğlu

Almaniya

81. Şahsuvarov Surxay Əzim oğlu

Almaniya

İrəvan

82. Ağabababəyov-Muğanlinski Əsildarbəy Abbasəlibəy oğlu

Almaniya

83. Ağabababəyov-Muğanlinski Adilbəy Abbasəlibəy oğlu

Almaniya

84. Əfəndiyev Məmmədəmin

Almaniya

85. Rəcəbov Əhməd Məşədi Cabbar oğlu

Almaniya

86. Rizayev Tağı Kərbalayi Əsgər oğlu

Fransa

Tiflis

87. Atamalıbəyov Abbasbəy Seyfiıllabəy oğlu

Fransa

88. Dursunzadə Məmməd Zəki

Türkiyə

89. Məmmədov Qəhrəman İsrafil oğlu

Almaniya

90. Muxarski Süleyman Bəkir oğlu

Fransa

91. Ağarəhimov Məhəmməd Paşasadıq oğlu

Almaniya

92. Topçubaşov Rəşidbəy Əlimərdanbəy oğlu

Almaniya

93. Vəkilov Mustafa Məmmədağa oğlu

Fransa

94. Hüseynzadə Salman Hüseyn oğlu

Almaniya

Dağıstan

95. Abdinov Bəhram Əlövsət oğlu

Almaniya

96. Əfəndiyev Abdulla Molla İbrahim oğlu

Almaniya

97. Xrimanov Zəkəriyyə Əbdülrəşid oğlu

Almaniya

98. Teymurxanov Muradbəy Zabir oğlu

Almaniya

99. Şahnəzərov Əhməd Hacı oğlu

Fransa

Daşkənd

100. Umudov Mirzə Mənsur Hakim oğlu

Fransa

 

Qeyd: Bu siyahı Teyyub Qurbanın müəllifi olduğu “Yüz tələbə, yüz tale” kitabı əsasında tərtib edilmişdir. (Bakı: Şur, 2018, s.40-47)