Azərbaycan Xalq Cümhuriyyəti

Orden və medallar

Azərbaycan Xalq Cümhuriyyəti dövrünün orden və medallarının eskizləri

1918-ci ildә Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra milli respublikanın gerbi, bayrağı, orden vә medallarının təsis etmək zәrurәti meydana çıxmışdı. 1919-1920-ci illərdə mətbuatda Dövlət himni, Dövlət gerbi, Dövlət möhürü və ordenlərin layihələrinin yaradılması ilə bağlı müsabiqələr keçirilməsi haqqında elanlar dərc edilmişdir.
30 yanvar 1920-ci ildə hərbi ordenlərin layihələrinin hazırlanması haqqında qərar qəbul edilmişdir. Müsabiqəyə “Müstəqillik” ordeninin 100-ə yaxın eskizi təqdim edilmişdir ki, onlar hazırda Eskizlərdə əsasən üçrəngli bayraq, səkkizguşəli ulduz, aypara, qılınc, Azərbaycan əsgəri və məscid təsvirləri yer almışdır.

Xalq Cümhuriyyəti dövründə hazırlanmış orden və medalların eskizləri

Eskizlərin ən yaxşı layihələrinin bir qismi isə Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Fətəli xan Xoyskinin Moskvadakı Dövlət Tarix Muzeyindəki şəxsi arxivində saxlanılır.
Eskizlərin müәlliflәri nəinki Bakıda, һәtta Tiflsdə dә yaşayıb-yaradan rәssamlar olublar. Mütәxәssis rәssam vә sәnәtşünasların nәzәr-diqqәtini Әzim Әzimzadәnin, Әlәsgәr Әliyevin, eyni zamanda «Molla Nәsrәddin»çi rәssamlardan Tiflisdә yaşayan Beniamin Telenqater (Beno), Oskar Şmerlinq kimi sənətkarların dәst-xәtti cәlb edir. Bu tәsvirlәr bәdii cәһәtdәn zənginliyi ilə böyük maraq doğurur.
Təəssüflər olsun ki 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu başlanan işləri axıra çatdırmağa imkan vermədi.
1990-cı ildə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun Partiya arxivi (indiki Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi) fondlarında 100-ə yaxın ilk Azərbaycan ordeninin müsabiqəyə təqdim olunan eskizləri aşkar edilmişdir. Bu eskizlər 1992-ci ildə Bakıda "İşıq" nəşriyyatında çap olunmuş "Azərbaycan Demokratik Respublikasının rəmzləri (1918-1920)" albomunda öz əksini tapmışdır.